Bu gün Beynəlıxalq Təhsil Günüdür

 

    BMT yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.

BMT Baş Assambleyasının ötən ilin dekabrında elan etdiyi Beynəlxalq Təhsil Günü ilk dəfə qeyd olunur.BMT-nin qərarında bildirilir ki,  təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.

   Təhsil uşaqlara yoxsulluqdan çıxış yolu və perpektivli gələcəyə aparan yol təklif edir. Lakin dünyada 265 milyona yaxın uşaq və yeniyetmələr məktəbə daxil omaq və məzun olmaq imkanı əldə edə bilmirlər. Onların beşdə birindən çoxu ibtidai məktəb yaşındadır. Onlara yoxsulluq, ayrıseçkilik, silahlı münaqişə, fövqəladə hallar və iqlim dəyişikliyi təsiri mane olur. 2019-cu ilin Qlobal Təhsil Montorinqi hesabatında göstərilir ki, Miqrasiya və məcburi köçkünlükdə təhsil məqsədlərinə çatmağa təsir göstərir.

        Beynəlxalq Təhsil Günü elan edərək BMT üzvü olan ölkələr bütün səviyyələrdə inklüziv və ədalətli keyfiyyətli təhsili təmin etmək üçün işləməyin vacibliyini qəbul etdilər – beləliklə, bütün insanlar cəmiyyətdə tam iştirak etmək və dayanıqlı inkişafa töhfə vermək üçün lazımlı bilik və bacarıqlara yiyələnməyə kömək edən ömür boyu öyrənmə imkanlarından istifadə edə bilərlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi