11- ci sinif şagirdləri ilə maarifləndirici söhbət aparıldı

  Liseyimizin 11-ci sinif şagirdləri ilə liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Vüsalə Ağakərim qızının təşkilatçılığı ilə maarifləndirici söhbət aparıldı.Onlara liseyin nizam-intizam qaydalarına əməl etmələri, dərsə davamiyyət, dərslərinə hazırlıqlı olmaları, imtahanlara əzmlə çalışmaları tapşırıldı.Birinci yarımilin yekunları,  buraxılış imtahanları eləcədə digər məsələlər barəsində ətraflı danışıldı.Ali məktəblərə qəbul imtahanlarına az qalmasına baxmayaraq daha da əzmlə çalışmaları onların diqqətinə çatdırıldı.Bundan başqa məktəbin ictimai işlərində fəal iştirakarı ilə bağlı da, söhbət aparıldı.

    Qeyd olundu ki, gələcək həyatlarında  indiki aldıqları təhsil, eləcə də ictimai işlərdə iştirak edərək öyrəndikləri bacarıqlar onlar üçün müsbət fayda verəcək.Sonrakı  fəaliyyətləri dövründə kollektivlə işləmə bacarığı qarşılıqlı hörmət ,ünsiyyət bacarıqlarının əsası məhz bu dövrlərdə  qoyulur. Şagirdlərimizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi