Şagirdlərimizin olimpiada uğuru

      12.01.2020 tarixində RFO rayon (şəhər) mərhələsi keçirilmişdir. Nəticələrə əsasən Respublika təşkilat komitəsi və münsiflər heyətinin qərarı ilə müvafiq fənlər və siniflər üzrə keçid faizi aşağıdakı kimi müəyyənləşdirilmişdir.

Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və kimya fənləri üzrə 50%, fizika və tarix fənləri üzrə  30%, Biologiya fənni üzrə 9-cu sinif 30%, 10-cu sinif 40%, 11-ci sinif 50%, Coğrafiya fənni üzrə 9-cu sinif 40%, 10-cu və 11-ci siniflər 50%, İnformatika fənni üzrə 9-cu və 10-cu siniflər 50%, 11-ci sinif 30 % müəyyən edilmişdir.

   Qeyd edək ki, rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ötən tədris ilində iştirakı təsdiq edilən beynəlxalq fənn olimpiadalarının qalibləri respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək.

Liseyimizin 5 nəfər şagirdi də, olimpiadanın növbəti turuna vəsiqə qazanıblar.Şagirdlərimizi təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi