Şəhidlərimizin xatirəsi anıldı!

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "20 Yanvar faciəsinin otuzuncu il dönümü ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə əmrinə əsasən, 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağı silsilə tədbirlərin təşkilinin davamı olaraq liseyimizin rəhbərliyi və müəllim kollektivi, hər il olduğu kimi bu il də Şəhidlər Xiyabanını ziyarət etdilər, faciə qurbanlarının məzarları  üstünə tər qərənfillər düzdülər, dualar oxudular. 

Şəhidlərimiz hər zaman qəlblərdə əbədi olaraq yaşayacaq, onların qəhramanlıq salnaməsi tarixlər boyu nəsillərdən-nəsillərə ötürüləcək. Hər zaman qəhramanlarımız gənc nəslə öyrədiləcək, onlara bu qəhramanlıq yolunun təkrarlanmasında və onların qisasının alınmasında əllərindən gələni əsirgəməmələri, vətən uğrunda canlarından, qanlarından keçməyə daima hazır olmaları barəsində söhbətlər aparılır, vətənpərvərliyə aid tədbirlər keçirilir.

  Allah Vətən yolunda , torpaq uğrunda, azadlıq uğrunda canlarını qurban verən, daim qəlblərə ,yaddaşlara öz qəhramanlıqları ilə yazılan bütün şəhidlərimizə rəhmət etsin.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi