Liseyimizin şagirdləri rəsm sərgisində

       Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi və fədakarlıği bir daha unutdurmamaq məqsədi ilə elan olunmuş “AZADLIQ AŞİQLƏRİ GÜNÜ - 20 YANVAR” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi        17 yanvar 2020-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində açıldı. Müsabiqəyə Respublikamızın müxtəlif güşələrindən 400-ə yaxın uşaq, 600-ə qədər əsəri ilə vertual qaydada qatılmışdır. Tədbirə 210 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunmuşdur. Tədbiri çıxış sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Söz alan Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq Rəssamı professor Ağaəli İbrahimov və Xalq rəssamı Arif Hüseynov,Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov balaca rəssamlara tədbirdə iştirakına görə təşəkkür etməklə böyüyən gəncliyin azadlıq və müstəqillik idealarına sadiq qalacaqlarına inandıqlarını, bugün üçün canlarını fəda etmiş “Azadlıq aşiqlərinin” ruhları qarşısında baş əydiklərini və məhz 20 Yanvar günü xalqımızın azadlıq mübarizəsinində ən şərəfli və müqəddəs bir gün kimi qeyd olunmasında balaca rəssamların da çəkdikləri əsərləri ilə dəstək olduqlarını qeyd etdilər.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundu. Liseyimizin şagirdləri də bu sərgidə iştirak etdilər. Onların içərisindən Azadəliyeva Simuzər, Fərəcov Rəsul, Məmmədzadə Fatimə, Quliyeva Fidan, Ələsgərov Vüqar, Hümbətli Xədicə seçilərək diplomla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi