"Ədəbiyyatsevərlər" dərnəyində nümunəvi dərs

             Liseyimizin "Ədəbiyyatsevərlər" dərnəyində dərnək rəhbəri Xalidə Daşdəmirovanın rəhbərliyi, fənn müəllimi Könül Mirzəyeva və dərnək üzvlərinin fəallığı ilə "Qədim dövr və Orta əsrlər Azərbaycan yazıçıları" mövzusunda nümunəvi dərs təşkil olunmuşdur. Klassiklərimizin həyat və yaradıcılıq yoluna aid keçirilən nümunəvi dərsdə şagirdlərimiz tərəfindən mövzuyla bağlı hazırlanmış təqdimatlar nümayiş etdirildi, yazıçıların əsərləri təhlil olundu və çox maraqlı müzakirə baş tutdu.

          Dahi Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulinin ədəbiyyatımızdakı yeri, dünya şöhrətli əsərləri, yaradıcılıq üslubu, əsərlərinin mövzu və ideyası ilə bağlı məsələlərə toxunuldu. Şagirdlər çox maraqla dərsdəki müzakirələrdə iştirak etdilər. Qeyd edək ki, liseyimizdə belə dərslər davamlı olaraq keçirilir. Bu dərslərin keçirilməsində əsas məqsəd şagirdlərimizi kollektiv işləməyə, araşdırma aparmağa, şair və yazıçılıramızı daha dərindən tanımağa, onlarda ədəbiyyata maraq oyatmağa sövq etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi