20 Yanvar faciəsi ilə bağlı müəllimlərin dəyirmi masası

    Liseyimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən, keçrilən silsilə tədbirlərin davamı olaraq lisey rəhbərliyi və  müəllim kollektivinin iştirakı ilə elmi-kütləvi mövzuda dəyirmi masa keçirildi. Liseyin direktoru, filologiya üzrə fəlsəfə  doktoru Arif Əsədov  tədbiri açıq elan edərək faciə haqqında  ətraflı məlumat verdi. Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Vüsalə Babayeva, tərbiyə işləri üzrə direktor müavini Alimə Seyfullayeva, tarix müəllimi Sevinc Həsənova,  tarix müəllimi Güntəkin Məmmədova,  Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Mirzəyeva,  rus dili və ədəbiyyatı müəllimi Məhəbbət Dadaşova, texnologiya müəllimi Gülsüm  İbrahimova, liseyin psixoloqu Gülnarə Əhmədova  tədbirdə çıxış etdilər. Onlar  bu hadisəyə müxtəlif mövzulardan yanaşdılar . Belə ki, Sevinc Həsənova  20 Yanvar faciəsinin xarici mətbuatda işıqlandırılması və faciə haqqında  mətbuatda qeyd olunan faktlardan söz açdı. O, faciənin nə qədər acı, nə qədər dözülməz olduğunu, neçə-neçə cavanların tanklar altda əzildiyini, neçə ailənin başsız qaldığını, neçə ailənin dağıldığını qeyd etdi. Ancaq həmin dövürdə bu faciəni törədənləri başa çəkmələri və onlara daha da yüksək ad verildiyini  təəssüf hissi ilə vurğuladı. Daha sonra Məhəbbət müəllimə çıxış edərək  faciənin Rusiya mətbuatında  necə dərc olunduğundan danışdı. O  bu faciənin başlanğıcının hələ həmin illərdən çox  qabaq planlaşdırıldığını qeyd etdi.

     Liseyin texnologiya müəllimi Gülsüm müəllim bu dəhşətli faciənin canlı şahidi olaraq faciənin nə qədər ağrılı, acılı olduğundan söz açdı. Gülsüm xanım həmin dövrdə çalışdığını və faciə günlərində heç nədən qorxmadan hər gün öz işinə getdiyini,  o dövrdəki çətinlikləri, faciədən bir neçə gün sonra şəhərdə davam edən hadisələri olduğu kimi xatırladığını bildirdi. O bu faciədən çox təsirlənmiş və  həmin gecə "Şəhidlərimiz və şahidlərimiz" adlı bir poema yazmşdır. Müəllim poemanı səsləndirdi və qeyd edirik ki, əsərin sətirlərində sanki həmin şənbə gecəsi canlanırdı.

         Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Mirzəyeva qanlı faciənin Azərbaycan ədəbiyyatında canlandırılmasından söz açdı. O gecənin şairlərimizin,  yazıçılarımızın əsərlərində, poemalarında, şeirlərində öz əksini tapdığını qeyd etdi. Bir çox ədiblərimiz faciəni ürək ağrısı ilə qələmə alaraq gələcək nəsillərə əsərlər, şeirlər, poemalar şəklində ötürülməsini, bu əsərlər, poemalar vasitəsilə gələcək nəsillərin daha çox məlumatlanmasından danışdı.

        Daha sonra liseyin psixoloqu Gülnarə xanım həmin dövrün canlı şahidlərindən biri kimi  faciə haqqında geniş məlumat verdi. O qeyd etdi ki, təkcə bu faciə ərzində deyil, zaman-zaman xalqımızın başına mənfur düşmənlərimiz oyunlar açmışlar, xalqımızı məhv etməyə çalışmışlar. Ancaq buna baxmayaraq bizi öz  azadlıq yolumuzdan döndərə bilməmişlər. Gülnarə xanım çıxışında qeyd etdi ki, biz bu faciə, eləcə də tariximizi gənc nəsillərə olduğu kimi başa salmalı, onları vətənpərvərlik ruhunda tərbiyə etməliyik.

         Azərbaycan incəsənətində və mədəniyyətində 20 Yanvar faciəsinin yeri və rolu mövzusunda liseyimizin tarix müəlimi Güntəkin müəllim çıxış edərək bu  dəhşətli faciənin bəstəkarlarımızın,  rəssamlarımızın, eləcə də digər incəsənət nümayəndələrinin sənət əsərlərində də öz əksini tapdığını bildirdi. Müəllim xüsusi olaraq bildirdi ki, bu faciəyə siyasi qiymətin verilməsi, şəhidlərin xatirəsinə əbədi məşəl kompleksinin tikintisənə başlanması və eləcə də digər bu kimi tədbirlərin görülməsi Ümumilli liderimiz  Heydər Əliyevin hakimiyyəti illərində dahi rəhbərin göstərişi ilə olmuşdur.    

     Dəyirmi masa iştirakçıları istər bu faciənin, istərsə də xalqımızın başına açılan digər faciələrin mahiyyətinin gənc nəsillərə düzgün məzmunda çatdırılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasını özlərinə bir vətəndaşlıq borcu bildiklərini qeyd etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi