20 Yanvar faciəsi ilə bağlı sərgi

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən, liseydə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı silsilə tədbirlərin təşkili nəzərdə tutulub.

     Həmin tədbirlərdən biri kimi liseyimizdə 20 Yanvar faciəsinə həsr olunmuş sərgi keçirilir. Liseyin foyesində təşkil olunmuş bu sərgidə faciə ilə əlaqədar müxtəlif forma və məzmunlu fotolar, məktəblilərin çəkdikləri rəsmlər,  divar qəzetləri nümayiş etdirilir. 

      Hər bir şagird bilməlidir ki, vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlər ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı bizlər üçün əsl vətənpərvərlik nümunəsidir. Hər bir şagird başa düşməlidir ki,  “20 Yanvar faciəsində həlak olanlar əsl  xalq qəhrəmanlarıdır.  O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini, əyilməzliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”. Şəhidlər öz qanları,  canları bahasına bizə azad, müstəqil, suveren Azərbaycan dövlətini ərmağan etdilər. Biz bu dövləti qoruyub saxlamalı,  daim şəhidlərin adını uca tutmalıyıq. Qeyd edək ki, silsilə  tədbirlər liseyimizdə davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi