Şagirdlərimiz "Fibonacci" intellektual bilik yarışında

       Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” III qrant müsabiqəsi çərçivəsində 6 №li  məktəb-liseyin təşkilatçılığı ilə həyata keçirilən “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məktəblilərarası “Fibonacci”  intellektual yarışı”nın II mövsümü oktyabr ayından etibarən davam etməkdədir.

            Bu intellektual oyun şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti, özünü qiymətləndirmək, komanda şəklində işləməyi bacarmaq, prosesləri idarə etmək, müxtəlif fikirlərə hörmət etmək və dözümlü olmaq, fikirlərini arqumentlərlə izah və isbat etmək, kreativ təfəkkürün inkişafı,  sosial fəallıq,  birgə həll yollarını müəyyənləşdirmək və qərar çıxarmaq kimi bacarıqları aşılayır. Bu səriştələr şagirdlərin gələcək həyatında onlara hər zaman vacib olan mühüm məqamlardır.

    147 nömrömrəli texniki-humanitar liseyin “Golden Brain” komandası da Alimə Seyfullayevanın rəhbərliyi ilə hər dəfə  bu yarışlarda iştirak edərək müxtəlif uğurlu nəticələr əldə edir. Şagirdlərimiz tarix, Azərbaycan və dünya coğrafiyası, riyaziyyat, fizika, kimya, Azərbaycan və dünya ədəbiyyatı, biologiya və başqa sahələrdə əyləncəli, düşündürücü, mülahizə tələb edən suallara cavablar taparaq liseyin adını uğurla təmsil edirlər.

Şagirdlərimizə uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi