Bizim könüllülər

             30 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2020-ci ilin “Könül­lülər ili” elan edilməsi haqqında sərəncam" imzalamışdır. Sərəncamda qeyd edilir: “Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətən­pərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir”.

           Bu prinsiplər məktəblərin qarşısında təlim və tərbiyə işinin daha mütəşəkkil, daha sistemli, daha uğurlu təşkil edilməsi ilə bağlı yeni vəzifə və səlahiyyətlər qoyur. Liseyimizdə də bu istiqamətdə işlər görülməkdədir. 

           Belə ki, ilk addım kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq liseyimizdə dərsdən sonra və qeyri-dərs günlərində müxtəlif xeyirxah məqsədlər üçün könüllülər qrupu  yaradılmışdır. Könüllülər qrupumuzun  gələcək fəaliyyətlərində bir çox layihələr nəzərdə tutulur. Onlar qocalar evlərində, uşaq evlərində, müxtəlif mərkəzlərdə və eləcədə digər ictimai işlərdə iştirak edib iş prosesi ilə yaxından tanış olacaq, bütün işlərdə könüllü şəkildə iştirak edəcəklər. Valideynləri onların könüllü qrupuna qoşulmasına çox müsbət reaksiya verərək razılıq bildirmişlər. Könüllülük fəaliyyətlərində onlara uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi