Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib

       Yanvarın 12-də Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib.Respublika fənn olimpiadaları ölkənin bütün şəhər və rayonlarında ümumilikdə 83 mərkəzdə təşkil edilib. Bilik yarışının ilkin mərhələsində iştirak üçün təxminən 35 min şagird müraciət edib. Bilik yarışında IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak ediblər.Respublika fənn olimpiadaları riyaziyyat,  fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilib. Qeyd edək ki,  olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

           Liseyimizin şagirdləri də bu olimpiadada iştirak etmişdir. Onlar sualların  keçdikləri mövzuları əhatə etdiyini və onlar üçün asan olduğunu qeyd etdilər. Şagirdlərimizin dediklərinə görə nəticələri müsbətdir.Nəticələr elan edildikdən sonra  növbəti xəbərlərimizdə ətraflı məlumat veriləcək.Biz də öz növbəmizdə şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi