İdmançı şagirdimiz bizi dünyada təmsil edir

Liseyimizin Vllb sinif şagirdi Süleymanlı Nicat kiçik yaşlarından idmanla məşğul olur. Məktəbdəki davranışı, fərqliliyi, biliyi ilə yanaşı, saysız-hesabsız nailiyyətləri ilə daima irəli addımlamaqdadır. O,son bir il ərzində də ardıcıl olaraq müxtəlif dünya miqyaslı idman yarışlarında qalib gələrək, ölkəmizi şərəflə təmsil etmişdir. Nicat 2019-cu il noyabr ayında Bakı şəhəri,Sərhədçi Olimpiya idman kompleksində qraplinq üzrə keçirilən dünya çempionatında 12-13 yaş arası, 42 kq çəkidə olan uşaqlar arasında dünya birinciliyi qazanaraq, qızıl medalla təltif olunmuşdur.Onun 2019-cu il üçün yadda qalan uğurlarından biri də 07 dekabrda Qazaxıstanda keçirilən Prezident kubokunda özündən üç yaş böyüklərlə yarışaraq üçüncü yerə çıxması oldu.

Məktəb yalnız akademik biliklərin təlim edildiyi yer deyil, həm də sağlam vətəndaşların yetişdirildiyi məkandır. Biz Nicatın simasında hər kəsə fiziki və mənəvi sağlamlıq, gümrahlıq diləyirik. Hər kəs öz üzərində bu məqamda da işləməli, sağlam nəslin böyüməsində bu və ya digər formada əmək sərf etməlidir.  Nicatla da qürur duyur, ona daim zirvələrdə yer almağını arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi