Liseyimizin qabaqcıl müəllimi

Müəllim əməyi sayəsində cəmiyyət işıqlanır. Hər bir müəllim öz peşəsinin vurğunu olan, işini vicdanla yerinə yetirən, gənc nəslin formalaşmasında böyük xidmətləri olan müqəddəs varlıqdır. Liseyimizdə müəllim peşəsini layiqincə yerinə yetirən, zəhmətkeş və seçilən müəllimlərimizdən biri Gülsüm İbrahimovadır. Ömrünü peşəsinə həsr edən Gülsüm İbrahimova liseyimizdə 19 ildir, çalışır, texnologiya fənnini tədris edir.

Təhsilin inkişafı ilə yanaşı, şagirdlərdə istedadın üzə çıxarılıb inkişaf etdirilməsində ideyalara sahib olan qayğıkeş, vətənpərvər müəllim ömrünü yaradıcılığa sərf etməklə keçirir. Liseyimizdəki şagirdlərdə sənətə maraq oyadıb, onları öz daxili, yaradıcı dünyasına qataraq, bütün elementləri incəliklə tədris edib, bacarıqlı əllər yetişdirir. Şagirdlərin təkmilləşməsi yolunda müxtəlif təşəbbüslər göstərərək, liseydaxili sərgilərin, maraqlı tədbirlərin keçirilməsində iştirak etmiş, o cümlədən, müxtəlif beynəlxalq və milli festivallara, sərgilərə,tədbirlərə qoşulmuşdur.

Çox böyük həvəslə yetişdirdiyi bacarıqlı yetirmələri dəfələrlə yarış və sərgilərdən birinciliklə geri dönmüşdür. Liseyimizə qazandırdığı yadda qalan uğurlarından misal olaraq, UNESCO-nun Azərbaycanda ilk dəfə olaraq keçirdiyi məktəblilərarası "Lİsten to the voice of the world"adlı beynəlxalq festivalda şagirdlərinin səkkizinin işlərinin böyük fərqlə seçilərək, birinci yerə cıxması,onların gül bayramlarında iştirak edərək, dəfələrlə birincilik əldə etmələrini qeyd etmək olar. Hər bir addımında böyük uğurlar qazanan peşəkar müəllimimiz həmçinin, ədəbi yaradıcılıqla,şer yazmaqla da məşğuldur. 

Göstərdiyi uğurlu fəaliyyətə görə qabaqcıl müəllim kimi qiymətləndirilərək, çoxlu sayda fəxri diplom, medallar, sertifikatlarla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi