Xoş gəldin 2020!

Yeni ilin gəlişi ilə bağlı liseydə bir çox tədbirlər keçirilmişdir. Bu kimi yaddaqalan, seçilən, hər kəsin yaradıcılq qabiliyyətlərini üzə çıxaran maraqlı tədbirlərdən biri də şagirdlərimizin əl işlərindən ibarət sərgi olmuşdur. 29-30 dekabr tarixlərində şagirdlərimiz öz rəngarəng uşaq dünyalarında yaratdıqları fantaziyalarını çəkdikləri rəsm əsərləri vasitəsilə bayram təbriki olaraq, çox böyük həvəs və sevgi ilə nümayiş etdirdilər. Kiçik rəssamlarımızın bu cür gözəl bayram təbrikləri məktəb kollektivi tərəfindən alqışlandı. Lisey rəhbərliyi onlara və təsviri incəsənət müəlliminə dərin təşəkkürünü bildirdi. Daha sonra bir neçə müəllim və şagirdimizin bayram münasibətilə çıxış və təqdimatları dinlənildi.

147 nömrəli Texniki-humanitar liseyin kollektivi adından bütün Azərbaycan xalqını yeni il münasibətilə təbrik edirik! Xalqımıza əmin-amanlıq, möhkəm can sağlığı, bütün xoşməramlı sahələrdə irəliləyişlər və yeni-yeni uğurlar diləyirik!

2020 gəlişi ilə yurdumuza sevinc və qələbə gətirsin! Yeni iliniz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi