Şagirdlərimizin növbəti uğuru

Qərbi Kaspi Universitetinin İngilis dili və ədəbiyyatı kafedrası ingilis dilində növbəti esse müsabiqəsinə yekun vurub.

Mükafatlandırma mərasimində çıxış edən Filologiya və Tərcümə fakültəsinin dekanı Dr. Maurus Roller qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin ingilis dili bacarıqlarını və təxəyyüllərini, ifadə bacarıqlarını inkişaf etdirmək idi.

Müsabiqəyə "Geyimlər bizi necə ifadə edir?", "Gələcək arzularım nələrdir?", "Xeyirxahlıq həyatda niyə əhəmiyyətlidir?", "Musiqinin həyatımızda əhəmiyyəti" mövzularında 100-ə yaxın esse daxil olub. Liseyimizin şagirdlərindən iki nəfər müsabiqəyə qatılmışdır. 9 c sinif şagirdi Quliyev Yusif və 11 a sinif şagirdi Həsənli Şəmsin təqdim etdikləri esselər yüksək qiymətləndirilmiş və onlar sertfikatla təltif olunmuşlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi