"Doğma Diyar" rəsm müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Nəsimi ili" çərçivəsində ənənəvi "DOĞMA DİYAR" Respublika uşaq rəsm müsabiqəsinin yekun mərasimi keçirildi. Müsabiqənin 12 yaşa qədər yaş qrupundan olan uşaqlar üçün yekun hissəsi 25 dekabrda, 12-17 yaş qrupu arasında olan uşaqlar üçün yekun hissəsi isə isə 26 dekabrda Xətai Sənət Mərkəzində baş tutdu.
Tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açdı və gənclərə uğurlar dilədi.Tədbir hər bir balaca rəssama diplom təltif etmə mərasimi ilə başa çatdı.
1200 rəsm arasından 350 rəsm seçilərək diplomla mükafatlandırılıb. Vətənpərvərlik, vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarının inkişaf etdirilməsi, bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, rəssamlıq sənətinə marağın stimullaşdırmaq məqsədi ilə keçirilən müsabiqəyə 100-ə yaxın tədris mərkəzi, dərnək, incəsənət məktəbləri, körpələr evi və mədəniiyət mərkəzlərinin yetirmələri qatımışlar. Müsabiqədə liseyimizin bu gənc rəssamları da iştirak etmiş və diplomla təltif olunmuşlar:
1.Əliyev Murad
2.Əliyev Fərid
3.Həsənova Fidan
4. Nurullayeva Gültac
Şagirdlərimizin hər birini təbrik edirik!