Liseyimizin direktoru təltif olunmuşdur

Liseyimizin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov səmərəli fəailyyətinə görə Azərbaycan Respublikası Təhsil nazirinin "Fəxri fərmanı" ilə təltif edilmişdir.

Bu münasibətlə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev təltif olunan müəllimləri təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.

Dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışan İdarə müdiri ölkəmizdə təhsil işçiləri, xüsusən də müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Arif Əsədov və digər təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da öz üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər. Arif müəllimi təbrik edir , gələcək fəaliyyətində uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi