"Səni tərənnüm edirəm Azərbaycan" adlı şeir və mahnı müsabiqəsi

Şagirdlərdə nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, sənətə, incəsənətə olan marağı artırmaq, bu sahədə bacarıqlarının, yaradıclıq potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsinə dəstək vermək məqsədilə 21.04.2016-cı il tarixində 254 N-li məktəbin akt zalında "Səni tərənnüm edirəm Azərbaycan" adlı şeir və mahnı müsabiqəsi keçirildi. Bakı şəhərinin rayonları üzrə müsabiqənin ikinci mərhələsi 6-17 yaşlı yeniyetmələr arasında baş tutdu. Bu müsabiqədə liseyin 5b sinif şagirdi Babalı Aysu, 6b sinif şagirdi Məmmədova Sara, 8c sinif şagirdləri İsmayılova Fəridə və Mirişov İsa, 9b sinif şagirdi Məmmədcanov Mövlan, 10b sinif şagirdi Rzayev Bahadur və 11a sinif şagirdi Şirəliyeva Aygün gözəl çıxışlar nümayiş etdirdilər. Mövzu üzrə Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Cabir Novruz, Hüseyn Abdullayev və Şəmistan Əlizamanlı kimi görkəmli şəxslərin şeir və mahnılarından seçim edildi. Şagirdlər tərəfindən “Qalx ayağa”, “Canım Qurban”, “Azərbaycanı sevin” şeirləri söylənildi, “Torpağın səsi” və “Cənab Leytenant” mahnıları ifa olundu.