Fibonacci intellektual yarışlarında uğurumuz

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” III qrant müsabiqəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışının 2-ci mövsümünün 21.12.19 tarixində növbəti 5-ci oyunu keçirilmişdir. Liseyimizin şagirdlərindən ibarət "Golden Brain" komandası 6 nömrəli məktəbdə təşkil olunmuş Fibonacci məktəblilərarası intellektual oyunlarının növbəti mərhələsində lll yeri qazanmışdır. Mübarizə davam etməkdədir.
Qeyd etmək lazımdır ki,Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə lll qrant müsabiqəsi çərçivəsində keçirilən bir layihədə liseyimiz qalib gəlmiş, müxtəlif formalarda 4 layihədə də fəal iştirak edir. 147 nömrəli Texniki-humanitar lisey zirvələri fəth etməkdədir! Şagirdlərimizin uğurunu təbrik edirik və onlarla bir daha qürur duyuruq!