Liseydə "İncəsənət günü"

Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri istedadlı uşaqların üzə çıxarılması,onlarda yaradıcılıq imkanlarının aşkarlanması,düzgün formada inkişaf etdirilməsidir.Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz bu cür bacarıqlı uşaqlardan gözləyir.Uşaqların vaxtında aşkar olunması,dəstəklənməsi və inkişafının təmin edilməsi təhsil islahatlarında əsas hədəflərə çevrilməkdədir. Bu kimi hədəflərə çatmaq məqsədilə, dekabrın 19-u 147 saylı Texniki-humanitar liseydə təşkilatçı müavin Alimə Seyfullayeva,uşaq birliyi rəhbəri Aytac Mustafayeva,texnologiya və rəsm müəllimlərinin təşəbbüsü ilə "İncəsənət günü" keçirildi.Tədbir ilk öncə yüksək əl qabiliyyəti olan uşaqların tətbiqetmələrinin canlı nümayişi ilə başladı.Şagirdlərin dəhliz boyu canlı toxuculuq, taxta üzərində yandırma üsulu ilə dekorativ əl işlərini, canlı rəsm sərgilərini müşahidə etmək olurdu. Daha sonra akt zalında musiqili konsert proramı başladı. Tədbirdə şagirdlərin şeirləri, milli və xarici musiqi janrlarında mahnıları və musiqi alətlərində müxtəlif ifaları səsləndi. Həmçinin 5-ci sinif şagirdlərinin hazırladığı maraqlı səhnəciklər də izlənildi.
Tədbirin sonunda liseyin direktoru Arif Əsədov çıxış edərək, şagirdlərin belə gözəl çıxışlarını alqışlayıb, onlara bu kimi tədbirlərin davamlı təşkil olunmasının əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, vaxtında müəyyən olunmayan, lazımi istiqamətə yönəldilməyən istedadlı şagird xüsusi qabiliyyətləri inkişaf etdirilmədən məktəbdən məzun olur və gələcəkdə ola biləcəyindən aşağı müvəffəqiyyət göstərir. Bunun üçün istedadlı üşaqlarla xüsusi işlərin aparılması onların inkişafı məktəb fəaliyyətinin ən vacib aspektlərindən birinə çevrilməli olduğunu vurğuladı.