Liseyimiz III Qrant müsabiqəsinin qaliblərindən biridir


 


147 nömrəli Texniki-humanitar liseyin direktoru Arif Əsədovun rəhbərliyi ilə liseyimizin Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant  müsabiqəsində ümumtəhsil  məktəbi kateqoriyasında "İnformasiya Kommunikasiya Texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi" nominasiyası üzrə hazırlanmış layihəsi qalib gəlmişdir.  Layihə əsasında hazırlanan "Məktəblər üçün onlayn sorğu platforması" artıq layihənin icra planında nəzərdə tutulmuş müddəti başa vurmaqdadır. Sorğu iştirakçılarının anonimliyinin qorunması, istifadəsinin sadəliyi, nəticələrin maksimum sürətlə emal edilməsi platformanın ən müsbət xüsusiyyətləridir. Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 7 məktəbi, ümumilikdə 2000 nəfərdən artıq müəllim, şagird və valideyini əhatə edən layihə, düşünürük ki, məktəblərin idarə edilməsi, çevik və operativ qərarların verilməsi, baş verə biləcək hadisələri önləmək, siniflərin sosial və təlim prosesinin, şagird maraqlarının öyrənilməsi və s. baxımından  çox zəruri bir vasitədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi