Dahi Liderimiz

Bu gün ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan tarixində müstəsna xidmətləri ilə böyük iz buraxan Heydər Əliyev böyük siyasət üçün yaranan, nadir siyasətçi idi. Heydər Əliyev keçdiyi  böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır.

Dahi liderimiz bugün liseyin kollektivi tərəfindən anıldı,məktəbdə himn səsləndikdən sonra xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. Daha sonra bütün siniflərdə unudulmaz şəxsiyyətin anım gününə həsr olunmuş dərslər keçirildi.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi