"İnsan hüquqları" mövzusunda dəyirmi masa

1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.

Liseyin tarix müəllimi Həsənova Sevincin təşəbbüsü ilə  9 b sinfində "10 Dekabr- Beynəlxalq insan hüquqları günü" mövzusunda  dəyirmi masa təşkil olunmuşdur.

İnsan hüquq və azadlığı ilə bağlı video izlənildi, şagirdlərə dövlətimizin insan hüquqları sahəsində gördüyü ışləri, qoşulduğu bir çox beynəlxalq sazişlər barəsində məlumat verildi. Daha sonra şagirdlər fərdi və kollektiv şəkildə insan hüquqlarına dair  hazırladıqları təqdimatlarını nümayiş etdirdilər. Ana dilimizlə yanaşı, xarici dillərdə də uşaqların,qadın hüquqlarının müdafiəsinə dair çıxışlar dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi