Şagirdlərlə maarifləndirici seminarlar

147 saylı Texniki - humanitar liseydə təhsilalanların bilikləri ilə yanaşı, şəxsiyətinin formalaşması, onlarda emosional-iradi gücün möhkəmlənməsi zəminində  hərtərəfli tədbirlər görülməkdədir. Bunlardan biri də "Mənimlə danış" layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdir.

Noyabrın 20-dən başlayaraq bugünədək liseyin şagirdləri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Mənimlə Danış" layihəsi çərçivəsində "Bullinq" mövzusunda maarifləndirici seminarlar keçirilir. 

Liseyin direktoru, tərbiyə işləri uzrə direktor müavini, psixoloq və uşaq birliyi təşkilatı rəhbərinin dəstəyi ilə müxtəlif günlərdə hər bir yaş qrupundan olan sinif şagirdləri üçün müxtəlif məlumatlandırıcı sessiyalar təşkil olunmuşdur. Bununla yanaşı,mütəmadi olaraq,valideynlərlə də iclaslar təşkil olunur və bu  kimi mövzularla  bağlı onların da məlumatlandırılması davam etməkdədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi