“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər

Məktəbdə “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.

 “Uşaq hüquqları aylığı” nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.

Məktəbin 8 “C” sinfində müəllim T.Y.Musayevanın, 5 “C” sinfində Y.V.Nuriyevanın keçirdikləri dərslər uşaqlarda daha çox maraq doğurub. Dərslərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir.

Şagirdlər dərslərdə prezentasiyalarla çıxış edib, slaydlara tamaşa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi