Beynəlxalq Məktəb Kitabxanaları günü qeyd olunub

Beynəlxalq Məktəb Kitabxanaları günü ilə bağlı məktəbin kitabxana müdiri Gülnarə Mahmudovanın rəhbərliyi ilə akt zalında kitab bayramı keçirildi.

Zaman keçdikcə öz dəyərini itirməyən, əksinə ildən-ilə mənəvi qiyməti artan kitablar haqqında ibtidai sinif şagirdlərinin hazırladıqları prezentasiya maraqla dinlənilib. 7-ci sinif şagirdlərinin aforizmlərlə hazırladıqları səhnəcik də diqqət çəkib. Məktəb rəhbərliyinin, müəllimllərin, şagirdlərin dəvət olunduğu tədbir maraqlı və yaddaqalan olub.

Sonra şagirdlər kitabxanaçı İradə Əzizova və Natəvan müəllimin rəhbərliyi ilə kitabxanada köhnə kitabların cildlənməsi və bərpası aksiyası keçiriblər.

Keçirilən tədbirlər şagirdlərin marağını məktəb kitabxanalarına yönəltmək məqsədi daşıyıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi