Dövlət Müstəqilliyi Günü qeyd olunub

Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Azərbaycanın Dövlət Müstəqilliyi Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir.

Müstəqillik Günü münasibəti ilə məktəbin 3 “B” sinfində sinif saatı keçirilib. Şagirdlər şeirlər söyləyib, müəllim G.Hüseynovanın məruzəsini dinləyiblər.

Məktəbin kitabxanasında kitabxana müdiri G.Mahmudova, müəllimlər M.Kərimova və G. Sadıxovanın rəhbərliyi ilə 4-cü, 5-ci sinif şagirdlərinin təqdimatında məruzələr söylənilib, slaydlar göstərilib.

Şagirdlər müstəqil Azərbaycan dövləti haqqında məlumatları bir-biri ilə bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi