Beynəlxalq Musiqi Günü qeyd olundu

Oktyabrın 1-i Beynəlxalq Musiqi Günü münasibəti ilə məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təşkil olundu.

Azərbaycanın himni ilə açılan tədbir məktəbin direktoru P.T.Abbasovanın çıxışı ilə davam etdi.

Müəllim İlahə Məmmədovanın rəhbərliyi ilə məktəbdə əsl musiqi bayramı keçirildi. Qeyd olundu ki, Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib. Bu bayram hər il bütün dünyada ən yaxşı artistlərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.

Tədbirdə şagirdlərin ifasında milli və xarici rəqslər, musiqi nömrələri təqdim olundu. Daha sonra uşaqlar birlikdə xor ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi