Şagirdlər ekskursiyada olublar

Məktəbin 3 “E” sinif şagirdləri müəllim M. İsmayılovanın rəhbərliyi ilə Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksinə ekskursiyaya gediblər.
Şagirdlər Şirvanşahlar Sarayı Kompleksinin muzey ekspozisiyası ilə tanış olub, muzeyin tarixi ilə bağlı məlumatlar əldə ediblər.