Buraxılış gecəsi keçirilib

Məktəbdə 4 “A” sinif şagirdlərinin iştirakı ilə "Əlvida ibtidai sinif" adlı buraxılış gecəsi keçirilib. Məktəbin pedaqoji kollektivi və uşaqların iştirakı ilə keçirilən tədbirdə məktəblilər hazırladıqları ədəbi-bədii kompozisiyalarını nümayiş etdiriblər.
Daha sonra 4-cü sinif şagirdləri göstədikləri yumoristik səhnəciklərlə qonaqların zövqünü oxşayıb. Müəllim Sevinc Mirzəyeva şagirdləri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb.