Məktəbdə idman yarışı

Mayın 2-də məktəbdə bədən tərbiyəsi və idmana sevgi devizi altında idman bayramı keçirilib.

 4 “C” sinif şagirdləri Solmaz Nağıyevanın təşkilatçılığı və idman müəllimi Nigar Süleymanlının rəhbərliyi ilə 4-cü sinfi uğurla bitirmək və 5-ci sinfi yüksək əhval-ruhiyyə ilə qarşılamaq məqsədi ilə hazırladıqları tədbiri yarış formasında keçiriblər. Üç komanda halında çıxış edən şagirdlər qacmaq, tullanmaq, güc, futbol və voleybol texnikalarında bacarıqlarını sınayıblar.

Yarışda baş hakim məktəbin idman müəllimi Nelli Abelxanova olub. Qalib gələn komandanın üzvləri tərifnamə ilə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi