Kosmosa həsr olunmuş dərs

Aprelin 30-da 7 “Ə” sinfində fizika müəllimi Larisa Polosuxina tərəfindən “Kosmos-bu bizik” devizi altında dərs keçirilib.

Dərs insanın kosmosa ilk uçuşunun 58 illiyinə həsr olunub. 7-ci sinif şagirdləri kosmos və kosmonavtlara həsr olunmuş mühazirələrlə, şeirlərlə çıxış ediblər. Şagirdlər həmçinin öz əlləri ilə düzəltdikləri kosmik skafandr modellərini, kosmik gəmi modellərini və mövzu ilə bağlı rəsmlərini nümayiş etdiriblər.

Dərsə direktor müavinləri və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndəsi dəvət olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi