Şagirdlər ekskursiyada oldular

Aprelin 13-də müəllim Larisa Polosuxina ilə bərabər 7 “E” sinfi Mezolit dövrü (e.ə. XII—VIII minillik) əhalisinin yaşayış məskəni sayılan Qobustanda ekskursiyada olublar.

Şagirdlər tarixi məkanı gəziblər, Qobustan qaya təsvirlərinə tamaşa ediblər. Bələdçi uşaqlara qaya üzərində həkk olunmuş insan, heyvan təsvirləri haqqında danışıb. Ən çox diqqəti cəlb edən qol-qola tutub rəqs edən adamların «Yallı» rəqs səhnəsi olub. Şagirdlər ekskursiyadan yüksək əhval-ruhiyyə ilə qayıdıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi