”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib

12 aprel – Ümumdünya Aviasiya və  Kosmonavtika Gününə həsr olunmuş ”Gələcəyin mühəndisimüsabiqəsi keçirilib.

Bakı şəhər məktəbliləri arasında keçirilən müsabiqə çərçivəsində şagirdlər Tusi-Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqədə 24 ümumi təhsil məktəbi üzrə 63 iştirakçının hazırladığı  54 maket nümayiş etdirilib.

Müsabiqədə 6 "A" sinif şagirdləri Hidayətli Rəşad, Qarayeva Cəsurə, Nəbiyev Surxay və Atamoğlanov Tahir iştirak ediblər. Şagirdlərə fəal iştiraklarına görə sertifikat təqdim olunub.

Layihənin əsas məqsədi məktəblilərin astronomiya və astrofizika biliklərinin genişləndirilməsi, astronomik maarifləndirilmə sahəsində onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, kosmik sənayeyə marağının artırılması, şagirdlərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsi, kosmik mühəndisliyin təbliği, astronomiya və astrofizika  sahəsinə ictimai diqqətin cəlb olunmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi