Xocalı faciəsi ilə bağlı tədbir

26 fevral 1992-ci il. Həmin günün sərt qış gecəsi görünməmiş dəhşət, görünməmiş vəhşilik yaşadı Xocalı əhalisi.

Evlərə od vurulduğu, torpağın qana qərq edildiyi bu gün illər ötsə də xalqımızın yaddaşında yaşayır. Məktəbin 10-11-ci sinif şagirdləri Süsən müəllimin rəhbərliyi ilə həmin günün amansızlığını, faciənin böyüklüyünü əks etdirən tədbir hazırladılar. İnsanlığını, mərhəmət hissini itirən düşmənin amansızlığını tamaşaçılara hazırladıqları səhnəciklərlə çatdıran məktəblilər ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların, yolda donanların, qar uçqunlarına düşənlərin fəryadlarını göz önünə gətirdilər.

Tədbirdə həm də yüksək vətənpərvərlik hissi aşılayan məqamlar diqqət çəkdi. Uşaqlar müəllimləri Əliyar Əzizovla birgə “Əsgər marşı” nın sədaları altında təntənəli şəkildə möhtəşəm üçrəngli bayrağımızı zala gətirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi