Ana Dili Günü qeyd olundu

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Məktəbimizdə bu gün münasibəti ilə möhtəşəm tədbir keçirilib. Tədbir Azərbaycanın himni ilə açıq elan olunub. Məktəbin direktoru giriş nitqində ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasındakı rolunu qeyd edib.
Ləzifə Mahmudova və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimlərinin rəhbərliyi ilə keçirilən tədbirdə Cəlil Məmmədquluzadənin əsərlərindən parçalar nümayiş etdirilib.
Sonra tədbir şagirdlərin ifasında milli rəqslərlə davam edib. Çox maraqlı və alqış sədaları altında davam edən ifalar sonda yerini şeirlərə verib. Səməd Vürğunun Azərbaycan şeiri 5 dildə səsləndirilib. 6-cı sinif şagirdi Emiliya ərəb dilində, 9-cu sinif şagirdi Xədicə fransız dilində, 8-ci sinif şagirdi Məryəm ingilis dilində, Riyad rus dilində "Azərbaycan" şeirini səsləndiriblər. 3 “E” sinif şagirdi Hüseynli Mədinə isə şeiri doğma dilimizdə ifa edib.
Tədbirə toplaşanlar bir daha doğma dilin varlığı, gözəlliyi, zənginliyi ilə bağlı fikir mübadiləsi aparıb, onunla qürur duyduqlarını dilə gətiriblər.