Bayram tədbiri keçirilib

Məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri diqqətə çatdırılıb, torpaq, milli birlik haqqında çıxışlar edilib.

Sonra məktəblilər xarici ölkələrin milli geyimlərində həmin ölkələrin yeni il şənliklərini, adət-ənənələrini nümayiş etdirib, müxtəlif dillərdə mahnılar oxuyublar.

Dəvət olunmuş qonaqlar milli rəqslərimizlə yanaşı Amerika, Almaniya, Fransa, Yaponiya, Koreya, Hindistan və digər ölkələrin musiqilərini də maraqla dinləyib, rəqslərinə tamaşa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi