Ədəbi-bədii kompozisiya təqdim olunub

Noyabrın 29-da məktəbin akt zalında Azərbaycan dili həftəliyi çərçivəsində “Torpaqdan pay olmaz” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Sadıqova Günel və İlyasova Dilşad müəllimin rəhbərliyi altında 6”A”, 7”A”, 4”E” və 8”C” sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir Azərbaycanın himni ilə başlayıb.

H.Cavidin “İblis” əsərindən səhnələşdirilmiş parça və Mübariz İbrahimovun qəhrəmanlığını əks etdirən səhnə maraqla qarşılanıb. Sonra S.Rüstəmin “Ana və poçtalyon” şeiri səsləndirilib, tədbir rəqslərlə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi