Kimyaçılar günü ərəfəsində tədbir keçirildi

Məktəbimizin kimya müəllimi Günay Paşayevanın rəhbərliyi ilə kimyaçılar günü ərəfəsində “Gənc kimyaçılar turniri” adlı tədbir keçirildi. Tədbir 10-cu sinif şagirdlərinin iştirakı ilə baş tutdu.
Tədbirdə müxtəlif konkurslar təşkil olundu, təcrübələr göstərildi. Kimyanın başqa elm sahələri ilə-ədəbiyyat, musiqi, rəsmlə qarşılıqlı vəhdəti barədə danışıldı. Çox maraqlı və intellektual sual və cavablarla zəngin tədbir təcrübələrlə davam etdi. Hidrogenin və oksigenin alınması, maqneziumun yanması və “Firon ilanı” təcrübələri tədbirin qonaqları tərəfindən maraqla qarşılandı.
Münsiflər heyəti qismində məktəbin direktoru P.Abbasova, təlim-tərbiyə üzrə direktor müavini N.Cəbrayılova, psixoloq A.Heybətov və müəllim İ.Mutafayeva iştirak etdilər. Qalib şagirdlərə fəxri fərmanlar təqdim olundu.