"Mənim ana dilim" adlı tədbir keçirildi

Ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.

Bu bün Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirlər sırasına daha biri əlavə olundu. Məktəbimizin Azərbaycan dili kafedrası tərəfindən akt zalında keçirilən tədbir Azərbaycanın himni ilə başladı.  Azərbaycanın milli rəqsləri, müxtəlif səhnəciklər, gözəl folklor nümunələri, şeirlər, dastanlardan hazırlanmış epizodlarla davam edən tədbir şagirdlərin ifasında “Azərbaycanlıyam” mahnısı ilə sona çatdı.

Yekunda məktəbin direktoru Pərvanə Abbasova şagirdlərə bu gözəl günə görə öz təşəkkürünü bildirdi, müsbət fikirlərini söylədi.

Şagirdlərimiz öz çıxışları ilə bir daha sübut etdilər ki, bizim ana dilimiz həm qüdrətli, həm gözəl, həm də mənalı və şirin dildir. Bu dil ən mürəkkəb fikirləri belə ifadə etməyə, ən obrazlı epizodları belə çatdımağa qadirdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi