Məktəbimizdə “Dəyişiklik üçün layihə” icra edildi

 

Məktəbimizdə xarici dil kafedrası YUNESKO-nun “Dəyişiklik üçün layihə”-sini icra etdi.

Layihə şagirdlərin məktəb və şəxsi həyatlarında etmək istədikləri dəyişiklikləri dilə gətirməyə həsr olunmuşdu. Bununla əlaqədar şagirdlər cizgi və bədii filmlərdə gördükləri, sevdikləri və oxşamaq istədikləri qəhrəmanları canlandırmalı idilər. Məqsəd uşaqlara onu başa salmaq idi ki, qəhrəmanlar təkcə nağıllarda deyil, onlar gerçək həyatda da mövcud ola bilərlər. Yəni hər kəsin daxilində belə potensial var və o deyə bilər: “Mən bacarıram! Mən bacaracam!”

Şagirdlərimiz geyimlərdən, plakatlardan, şəkillərdən istifadə etməklə bu işin öhdəsindən çox gözəl gəldilər və verilmiş tapşırığı pozitiv əhval-ruhiyyə ilə yerinə yetirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi