Qanlı Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir keçirildi

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Bu sadaladıqlarımız 18 yanvar tarixində 5-6-cı siniflərin iştirakı ilə keçirilən tədbirdə öz əksini tapdı. Sinif rəhbərləri Əzimova Şəhla, Nəzərova Sevinc, tarix müəllimi Sadıqova Günel, ədəbiyyat müəllimi İlyasova Dilşadın rəhbərliyi ilə hazırlanmış tədbir şagirdlərin təqdimatında çox təsirli alındı. Azərbaycanın himni ilə başlayan tədbir şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla, əsgər marşı, şeir kompozisiyaları və səhnəciklərlə davam etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi