Salatın Əsgərovanın xatirəsi anıldı

1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərovanın xatirəsi məktəbimizin kitabxanasında böyük hörmətlə anıldı. Azərbaycanın ilk şəhid qadın jurnalistinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabxanaçı İradə xanım Azərbaycanın ilk qadın Milli Qəhrəmanı haqqında geniş məlumat verərək sözü şagirdlərə verdi. 9-cu sinif şagirdləri Qurbanova Xanım və Adıgözəlova Günay öz mühazirələri ilə şagirdlər qarşısında çıxış etdilər.