15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür.

15 sentyabr - Azərbaycanda "Bilik Günü"dür. Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür.Bu il də sentyabrın 15-də məktəbimizdə ənənəvi olaraq “15 sentyabr-Bilik günü” ilə əlaqədar tədbir keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Daha sonra tədbir iştirakçılarına respublikamızda “Bilik Günü”nün qeyd olunması tarixi haqqında ətraflı məlumat verildi. Sonda uşaqların ifasında şeir və mahnılar səsləndirildi. Müəllimlərimiz şagirdləri yeni dərs ili münasibəti ilə təbrik etdilər.