Azərbaycan dili həftəliyində "Viktorina"

Martın 15-də məktəbimizin 7ə,8c,9e siniflərinin iştirakı ilə ədəbiyyat viktorinası keçirildi.Viktorinanı Azərbaycan dili və ədəbiyyatı müəllimi Bəkirli Ulduz təşkil etmişdi. Viktorinada həmçinin təlim-tərbiyə işləri üzrə müdir müavini Qəmzə müəllimə,Azərbaycan dili kafedrasının metodisti Ləzifə müəllimə,İradə müəllimə,Mədinə müəllimə və gülnaz müəllimə münsiflər heyəti qismində iştirak etdilər.Tədbirdə hər üç sinfin dünyagörüşünü,bilik səviyyəsini,intellektual bacarıqlarını genişləndirən,inkişaf etdirən suallar bloku tərtib olunmuşdu.”Əsər qəhrəmanları”,”Bu misralar hansı müəllifə aiddir?”,”Kəşflər və ixtiralar”,”Bunu bilirsənmi?” və s.adlı blok suallar şagirdləri düşündürür,kollektiv,qrup halında işləməyə sövq edir.Qələbə sevincini duymaq,hafizəni itiləmək,bildiklərini sistemləşdirib cavab halına salmaq belə viktorinalarda qarşıya qoyulan ən başlıca məqsəddir.”Ağıl dəryası”,”Telepatiya”,”Super beşlik”komandaları çox böyük məsuliyyət və həvəslə viktorinada iştirak etdilər.Qalib komanda”Telepatiya”komandası oldu.Sonda Ulduz müəllimə Azərbaycan dili kafedrasının adından şagirdlərə suvenirlər təqdim edərək viktorinanı yekunlaşdırdı.Qəmzə müəllimə və Ləzifə müəllimə son sözlə çıxış etdilər və təəssüratlarını bölüşdülər.Belə tədbirlərin şagirdlərimizin bir şəxsiyyət kimi inkişafında,onların dünyagörüşlərinin artmasında mühüm rol oynadığını bildirdilər.Tədbirə xatirə şəkilləri çəkilərək son qoyuldu.