Qadın müəllimlər və valideynlər üçün konsert

Martın 6-da məktəbimizin akt zalında qadın müəllimlər və valideynlər üçün 8 mart beynəlxalq qadınlar gününə həsr olunmuş konsert proqramı təşkil olundu.Proqramda Yuriy Vizbor,Boris Poloskin,Evqeniy Klyaçkin və konsert iştirakçılarının müəllif mahnıları səsləndirildi.Ələddin Yaqubov,İbrahim İmaməliyev,Vitaliy İqolnikov,Georgiy Çernoqorov və Vera Velikanovanın çıxışları bütün qonaqların böyük marağına səbəb oldu.Hər iştirakçının çıxışı alqışlarla müşaiyət olundu.Hər kəs konsertdən böyük məmnuniyyət hissi ilə ayrıldı.