"Lapbook"-lar nümayiş olunub

2012-ci ildən etibarən 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edilir. Bu məqsədlə məktəbin direktor müavini Gülnarə Hüseynovanın təşkilatçılığı ilə ibtidai sinif şagirdlərinin əl işlərindən ibarət “14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü” adlı sərgi təşkil olunub.

Sərgidə valideynlərin və müəllimlərin köməyilə şagirdlərin hazırladıqları "lapbook"-lar nümayiş olunub. (Müasir tələblərə cavab verən yeni tədris vasitələrinə çatmağın yollarından biri lapbook texnologiyasından istifadə etməkdir. "Lapbook" - ingilis dilindən hərfi tərcümədə "diz kitabı" deməkdir (lap - diz, book - kitab).

Şagirdlər müəyyən bir mövzuda material toplayıb, cibləri, pəncərələri, daşınan hissələri, uşağın öz istəyi ilə çıxarıla, yenidən düzələ, qatlaya biləcəyi əlavələri olan kiçik kitablar hazırlayıblar. Sərgidə təqdim olunan həmin kitablar-lapbuklar münsiflər tərəfindən dəyərləndiriləcək, qalib şagirdlər mükafatlandırılacaqlar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi