Rəqəmsal formada BSQ-lər keçirilir

Yanvarın 15-dən başlayaraq məktəbdə 2023-2024-cü tədris ilinin I yarımili üzrə Microsoft TEAMS proqramı vasitəsilə rəqəmsal formada böyük summativ qiymətləndirmələr keçirilir.

Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Böyük summativ qiymətləndirmələrin nəticələri 100 ballıq şkala ilə ölçülür. Hər bir fənn üzrə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində keçirilən böyük summativ qiymətləndirmə nəticəsində əldə edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi