Eldar Quliyevin doğum günü münasibətilə tədbir

Oktyabrın 16-da şəhid Quliyev Eldar Gəncəli oğlunun doğum günüdür. O, 1968- ci ildə Bakı şəhərində anadan olub.

1992-ci ildə Bakı şəhəri bələdiyyə polisinin xüsusi təyinatlı dəstəsində xidmət edib. Bakı şəhər, Şəki və Bərdə rayonları ərazisində cinayətkarlığa qarşı əməliyyatlarda xüsusi fəallıq göstərib.

1992-ci il 29 avqustda Ağdərə rayonu Mehmanı kəndində qəhrəmancasına həlak olub.

4 noyabr 1992-ci ildə 4488 №-li sərəncama əsasən 145 №-li tam orta məktəbə Quliyev Eldar Gəncəli oğlunun adı verilib. 1997-ci ildə isə məktəbin girişində Eldar Quliyevin büstü qoyulub.

Şəhidin doğum günü münasibətilə məktəbdə geniş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər, şəhidin anası Roza xanım, qardaşı İlqar bəy və digər qonaqlar iştirak ediblər.

Tədbirdə E.Quliyevin ömür yolundan bəhs edən slaydlar göstərilib, şagirdlərin ifasında musiqi nömrələri, şeirlər səsləndirilib. Təqdim olunan “Qəhrəman ana” səhnəsi maraqla qarşılanıb. Tədbirdə müəllim və şagirdlərin birgə ifa etdikləri mahnı təqdim olunu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi