Yaradıcı müəllim: inkişaf edək, etdirək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş "Yaradıcı müəllim: inkişaf edək, etdirək" təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunan mükafatlandırılma mərasimində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbimizin müəllimləri Larisa Polosuxina və Zərqələm Əliyeva, şagirdlərdən isə Nəzərova Aygün və Abbasov Firuz iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi